Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.
Hadisə noyabrın 19-da baş verib.
Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.
Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
” Qadın və Uşaq Sığınacağı” Təşkilatının sədri Mehriban Zeynalova hadisə ilə bağlı açıqlama verib:
“Bu faciəni ilk dəfədir yaşayırıq. Sığınacaqda qalan azyaşlı bir qız həyatı ilə vidalaşıb. Bu hadisədən əvvəl o, doğulduğu rayona getmlk istəyirdi və xalasının, həmçinin atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı. Xalası dəfələrlə onu götürəcəyini bildirsə də, təəssüf ki, nə himayəyə götürmək üçün müraciət etmiş, nə də real addım atmışdı.