
Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə noyabrın 19-da baş verib.
Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.
Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.