GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 19-da baş verib.
Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.
Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.