AZ

Tramp Ukraynada müharibənin dayandırılması ilə bağlı yeni sülh planını təsdiqləyib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bu həftənin əvvəlində Ukraynadakı münaqişənin dayandırılmasına yönəlmiş yeni sülh planını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, 28 bənddən ibarət planın hazırlanmasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və prezidentin kürəkəni Kared Kuşner iştirak ediblər. Telekanalın bildirdiyinə görə, plan üzərində iş zamanı ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri Rusiyanın prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev, həmçinin ukraynalı rəsmilərlə məsləhətləşmələr aparıblar.

Telekanala danışan, adının çəkilməsini istəməyən ABŞ rəsmisinin sözlərinə görə, “plan hər iki tərəfə təhlükəsizlik zəmanətləri verilməsinə, bununla da uzunmüddətli sülhün təmin edilməsinə fokuslanır”. O, planın detalları barədə əlavə məlumat verməkdən imtina edib. Avropalı rəsmilər və Ukrayna rəhbərliyinə yaxın mənbə isə anonimlik şərti ilə telekanala bildiriblər ki, Kiyev bu sülh planının hazırlanmasında iştirak etməyib və Ukraynaya yalnız ümumi şəkildə məlumat verilib.

Kiyevin yeni təkliflə ətraflı şəkildə tanış edilməsi hələ qarşıdadır və “planın yekun razılaşdırılma vaxtı ABŞ hərbi rəsmilərinin Ukraynaya səfəri ilə üst-üstə düşüb”. Çərşənbə günü ABŞ Quru Qoşunları naziri Daniel Driskollun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti Kiyevə gəlib. Telekanalın iddiasına görə, nümayəndə heyətinin qarşısında iki vəzifə qoyulub: Ukrayna rəhbərliyi ilə hərbi texnologiyalar və strategiyaları müzakirə etmək, eləcə də sülh prosesinin bərpasına kömək göstərmək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə günü ölkə mətbuatına verdiyi müsahibədə bildirib ki, Rusiya ABŞ-dan KİV-də yazılan hər hansı “razılaşmalar” barədə rəsmi kanallarla məlumat almayıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuatın sualına cavab olaraq bildirib ki, Moskva və Vaşinqton Ukrayna nizamlanması ilə bağlı, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada əldə etdikləri razılaşmalardan kənara çıxan hər hansı yeni təşəbbüslər üzərində işləmirlər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
40
icma.az

10Mənbələr