AZ

Tramp Ukrayna müharibəsi ilə bağlı yeni planı bu həftənin əvvəli təsdiqləyib

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə dair Vaşinqtonla Moskvanın hazırladığı yeni plana bu həftənin əvvəlində razılığını bildirib.

Musavat.com xəbər verir ki, məlumatı NBC News mənbələrə istinadən yayıb. Bildirilir ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff, ABŞ vitse-prezidenti C.D.Vens, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin kürəkəni Cared Kuşner 28 maddəlik planın hazırlanmasında iştirak ediblər. Kanalın məlumatına görə, planın hazırlanması zamanı ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Ukrayna rəsmiləri ilə məsləhətləşmələr aparıblar.

Adı açıqlanmayan ABŞ rəsmisi NBC News-a bildirib ki, "plan hər iki tərəfə davamlı sülhün təmin edilməsi üçün təhlükəsizlik zəmanətlərinin verilməsinə yönəlib". O, planın məzmunu ilə bağlı əlavə şərh verməkdən imtina edib. Anonimlik şərti ilə danışan Avropa rəsmisi və Ukrayna rəhbərliyinə yaxın mənbə kanala bildirib ki, Kiyev bu sülh planının hazırlanmasında iştirak etməyib və Ukraynaya bu barədə yalnız ümumi məlumat verilib.

NBC News-un məlumatına görə, Kiyevə yeni təklif barədə "hələ məlumat verilməyib" və "planın yekunlaşdırılması üçün son tarix ABŞ hərbi rəsmilərinin Ukraynaya səfəri ilə üst-üstə düşüb". ABŞ Ordu katibi Daniel Driskolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti noyabrın 19-da Kiyevə gəlib. Şəbəkənin məlumatına görə, onların iki məqsədi Ukrayna rəhbərliyi ilə hərbi texnologiyalar və strategiyaları müzakirə etmək və sülh prosesinin bərpasına kömək etməkdir.

 

Musavat.com

Seçilən
18
40
musavat.com

10Mənbələr