AZ

Politico: Alyaska sammitindən sonra ABŞ-ın Ukrayna planı Avropanı şoka saldı

Avropa rəsmiləri ABŞ-ın Ukrayna üçün sülh planı hazırlamasından xəbərsiz idilər. Onun mövcudluğu və məzmunu onlar üçün sürpriz oldu.

HİT.az xəbər verir ki, bunu "Politico" yazıb.

Nəşrin məlumatına görə, ABŞ prezidentinin elçisi Stiv Uitkof plan üzərində oktyabrın sonlarında, Mayamidə Rusiya prezidentinin elçisi Kirill Dmitriyevlə görüşdən sonra işləməyə başlayıb. 

"Politico" mənbələri iddia edir ki, yeni sülh planı ilə bağlı xəbərlər Avropa və Ukraynadakı siyasətçiləri şoka salıb, çünki onlar Donald Tramp və Vladimir Putin arasında Alyaska sammitindən sonra Vaşinqtonun mövqeyinin Moskvaya qarşı dəyişdiyinə inanırdılar.

"The Financial Times" qəzetinin yazdığına görə, planda Ukraynanın öz ərazisində xarici qoşunların yerləşdirilməsindən imtina etməsi, eləcə də Donbasın Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hissəsindən çıxarılması nəzərdə tutulur. Bundan əlavə, sənəddə Kiyevə uzaqmənzilli silahların verilməsinin qadağan edilməsi və rus dilinin dövlət dili kimi tanınması da yer alır. FT mənbələri sənədin hələ də hazırlanma mərhələsində olduğunu bildiriblər. NBC ABŞ prezidentinin artıq bunu təsdiqlədiyini bildirib.

Samir
 

Seçilən
18
40
hit.az

10Mənbələr