AZ

Tramp Administrasiyasının Kiyevə Yüksək Səviyyəli Səfəri: Sülh Çağırışı, yoxsa Təzyiq Missiyası?

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ ordu katibi Den Driskol və Baş Qərargah rəisi general Rendi Corc Trampın rəhbərliyi altında Ukraynaya səfər edən ən yüksək vəzifəli Pentaqon rəsmiləridir.

Bu barədə “Politiko” məlumat yayıb.

“Onların Ukrayna hərbi liderləri, qanunvericilər və Prezident Vladimir Zelenski ilə görüşləri planlaşdırılır. Səfərin əsas məqsədi Ukrayna rəhbərliyini dalana dirənmiş sülh prosesinə cəlb etmək olacaq. ABŞ və Ukrayna həmçinin dron və sursat texnologiyasını paylaşmaq üçün böyük bir razılaşma üzərində işləyir və səfər qismən bu səyləri dəstəkləmək məqsədi daşıyır. İlk baxışdan Driskolu Kiyevə həssas sülhməramlı missiyaya göndərmək qeyri-adi bir qərar kimi görünə bilər. Lakin vitse-prezident Ceyms Devid Vensin Yel Hüquq Məktəbindəki dostu Pentaqonda əsas fiqura çevrilib və indi daha görkəmli bir rol oynaya bilər”, – məlumatda deyilib.

Bəs görəsən, Tramp Administrasiyasının Ukraynaya yüksək rütbəli Pentaqon rəhbərlərini göndərməsi sülh prosesinə həqiqi marağın göstəricisidir, yoxsa siyasi təzyiq aləti?

Tramp administrasiyasının yüksək rütbəli Pentaqon rəhbərlərini, yəni Ordu katibi Den Driskolu və Baş Qərargah rəisi general Rendi Corcu Ukraynaya göndərməsi iki məna daşıyan, ikili mesajlı geosiyasi addımdır. Bu addımı təkcə “sülh təşəbbüsü” və ya təkcə “siyasi təzyiq” kimi qiymətləndirmək düzgün olmaz. Əslində, bu səfər hər iki elementin birləşdiyi kompleks siyasi manevrdir.

Səfərin rəsmi izahı ondan ibarətdir ki, ABŞ Ukraynanı “dalan prosesinə cəlb etmək”, yəni sülh danışıqları formatına qaytarmaq niyyətindədir.

Bu, ABŞ üçün bir neçə siyasi dividendlər yaradır. Məsələn, bununla həm də Vaşinqton müharibəni uzatmaq deyil, dayandırmaq istəyən aktor obrazı yaradır. O cümlədən Tramp administrasiyası Avropaya mesaj verir: “Biz məsuliyyət daşıyırıq, prosesə nəzarət edirik”. Üstəlik, Rusiyaya dolayı siqnal verilir ki, ABŞ diplomatik aktivlik nümayiş etdirir.

Bir sözlə, səfər “sülh prosesinə dəvət” kimi təqdim olunsa da, əslində, Tramp administrasiyası Ukraynanı öz istədiyi sülh modelinə yönləndirmək üçün yüksək səviyyəli siyasi-hərbi təzyiq aləti işə salır.

Bu səfər Vaşinqtonun Ukrayna siyasətinin tam dəyişdiyinin birinci real siqnalıdır.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
126
50
icma.az

10Mənbələr