AZ

“Kiyev ABŞ dən yeni sülh təklifi siqnalı alıb” Gizli ABŞ Rusiya danışıqları təsdiqlənir

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Vaşinqtonun Rusiya ilə müzakirə etdiyi müharibəyə son qoymaq üçün bir sıra ABŞ təklifləri barədə "siqnallar" alıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli Ukrayna rəsmisinə istinadla məlumat yayıb.

Qeyd edək ki, bundan öncə “Politico” nəşri ABŞ ilə Rusiya arasında gizli sülh müzakirələri getdiyi və hətta bu həftə müharibəyə son qoyula biləcəyi barədə məlumat yayıb.

“Reuters”-in mənbələrinə görə də ABŞ və Rusiya müharibəyə son qoymaq üçün mümkün planı müzakirə edirlər. Ukrayna hakimiyyətindəki mənbə Kiyevin bu müzakirələrdə iştirak etmədiyini vurğulayıb.

"Axios" nəşri öz mənbələrinə istinadla əvvəllər də Vaşinqtonun Rusiya ilə gizli məsləhətləşmələr apararaq müharibəyə son qoymaq üçün fəaliyyət planı hazırladığını bildirib. Lakin bu məlumatları şərh edən Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, Putin və Donald Tramp arasında Alyaskada avqust ayında keçirilən sammitdən bəri mümkün sülh danışıqları barədə hələlik heç bir yeni xəbər yoxdur.

“Reuters” qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyədə danışıqlar aparacaq. Bir gün əvvəl isə Ukrayna lideri "danışıqları intensivləşdirməyə" və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynada ədalətli sülhə necə nail olmağı müzakirə etməyə hazırlaşdığını açıqladı.

Agentlik həmçinin əlavə edib ki, Zelenski Rusiya ilə sülh danışıqlarını bərpa etmək üçün yeni cəhdin bir hissəsi olaraq noyabrın 20-də Kiyevdə ABŞ hərbi nümayəndələri ilə görüşəcək. ABŞ-nin Ukraynadakı səfirliyi qeyd edib ki, ABŞ Ordu katibi Den Driskolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti artıq "fakt araşdırma missiyası" çərçivəsində Kiyevdədir.

Zelenski Türkiyəyə səfərindən əvvəl deyib ki, "Müharibənin sonunu yaxınlaşdıracaq hər şeyi etmək Ukraynanın əsas prioritetidir".

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
50
azpolitika.info

10Mənbələr