AZ

Tramp: ABŞ Səudiyyə Ərəbistanını NATO-ya üzv olmayan əsas müttəfiqlər siyahısına əlavə edir

ABŞ prezidenti Donald Tramp ölkəsinin Səudiyyə Ərəbistanına Vaşinqtonun əsas NATO-ya üzv olmayan müttəfiqi statusu verdiyini və krallıqla strateji müdafiə müqaviləsi imzaladığını açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun Vaşinqtona səfəri ilə bağlı Ağ Evdə keçirilən şam yeməyində danışıb.

"Bu, onlar üçün çox vacibdir. Bunu sizə indi deyirəm, çünki bu kiçik sirri bu gecəyə qədər saxlamaq istəyirdim. Bu gün onlar üçün daha bir qələbədir", - Tramp bildirib.

ABŞ prezidenti onu da qeyd edib ki, tərəflər tarixi strateji müdafiə müqaviləsi imzalayıb. O, müqavilənin təfərrüatlarını açıqlamayıb.

Seçilən
139
3
apa.az

10Mənbələr