AZ

ABŞ Səudiyyə Ərəbistanına F-35 satacaq - Tramp

ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcı təyyarələri tədarük etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bunu  ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib: "Bəli, biz bunu edəcəyik. Biz F-35 satacağıq”.

Qeyd edək ki, noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək. Bloomberg agentliyi Ər-Riyadın ABŞ-dan əvvəllər Qətərə verilənlərə bənzər şəkildə təhlükəsizlik zəmanəti istədiyini bildirib. Sentyabrın sonlarında Donald Tramp Vaşinqtonun Qətərin ərazisinə, suverenliyinə və əsas infrastrukturuna qarşı hər hansı bir silahlı hücumu ABŞ-ın sülh və təhlükəsizliyinə təhdid hesab edəcəyini bildirən bir sərəncam imzalayıb. Amerika mediası həmçinin Səudiyyə Ərəbistanının F-35 qırıcı təyyarələrinin alınması üçün ABŞ ilə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

İsrail isə onunla münasibətlərin bərpası şərti olmadan Səudiyyə Ərəbistanına F-35 satılmasına qarşı çıxır.

Musavat.com

Seçilən
99
9
musavat.com

10Mənbələr