
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 553,5 kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 0,6% artım deməkdir.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 21 800,7 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (0,6% artım).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 18 673,7 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-oktyabr göstəricisindən 0,3% çoxdur.
Qeyd etmək lazımdır ki, cari ilin 10 ayı ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Azərbaycanda elektrik enerjisinin istehsalı:
Məhsul növləri
2025-ci ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Elektrik enerjisi, mln. kVt.s
22 553,5
100,6
ondan əmtəəlik
21 800,7
100,6
istilik elektrik stansiyalarının istehsalı
18 673,7
100,3
ondan:
tullantıların yandırılmasından alınan elektrik enerjisi
159,0
95,5
su elektrik stansiyalarının
istehsalı
2 521,2
100,0
külək elektrik stansiyalarının istehsalı
73,5
161,2
günəş elektrik stansiyalarının istehsalı
532,3
109,5