Bakı. Trend:
Azərbaycan enerji sektorunda yeni inkişaf mərhələsinə qədəmqoyub. Artıq ölkə təkcə neft və qaz ixracatçısı kimi deyil, həm dəregional “yaşıl enerji” qovşağı kimi tanınmağa doğru irəliləyir. Buməqsədlə həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın həmiqtisadi gücünü, həm də beynəlxalq enerji bazarındakı rolunugücləndirir.
Prezident İlham Əliyev bu siyasətin mahiyyətini belə ifadəedib:
“Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerjinövlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bugün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çoxgeniş miqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 ilərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onlarıntoplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və küləkelektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayılrayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. Ostansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrikstansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər günəş, küləkvə su elektrik stansiyalarının generasiya gücü 6 min meqavataçatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafınınnövbəti istiqamətidir”.
Energetika Nazirliyinin məlumatına görə, ölkənin ümumi elektrikenerjisi istehsal gücü hazırda 9732,5 MVt təşkil edir. Bunun 1829,6MVt-ı bərpa olunan enerji mənbələrinin payına düşür ki, bu da ümumigücün təxminən 19 faizidir.
Ötən il ölkədə 28,4 milyard kVt·saat elektrik enerjisi istehsaledilib. Onun 24,1 milyardı daxili tələbatın ödənilməsinə, 1,4milyardı ixraca yönəlib, idxal həcmi isə cəmi 70,7 milyon kVt·saatolub. 2025-ci ilin ilk doqquz ayında isə istehsal 21,8 milyardkVt·saat, ixrac 989,6 milyon, idxal isə 145 milyon kVt·saat təşkiledib.
Yeni nəsil “yaşılenerji” layihələri – Biləsuvar, Neftçala, Şəfəq vəCəbrayıl
Bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 MVt gücündə“Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisinə start verilib.943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyükgünəş enerjisi layihələrindən biridir. Paralel olaraq 315 MVt-lıq“Neftçala” Günəş Elektrik Stansiyası, 240 MVt gücündə“Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası və 240 MVt-lıq “Şəfəq”Günəş Elektrik Stansiyası üzrə işlər ardıcıl davam etdirilir.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevoktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər biriningücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrikstansiyalarının təməlini qoydu. Bu layihə ölkənin yaşıl enerjistrategiyasının mühüm tərkib hissəsi hesab edilir və Cəbrayılrayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcınıqoyur.
Bundan əlavə, ölkədə bərpa olunan enerji mənbələri üzrə ilkhərrac layihəsi - 100 MVt gücündə “Qobustan” Günəş ElektrikStansiyasının tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəşenerjisi layihəsi üzrə də intensiv işlər görülür. Bu layihələrinreallaşması nəticəsində 2027-ci ilə qədər bərpa olunan enerjininpayı quraşdırılmış gücdə 33,7 faiz-ə çatacaq. Yeni stansiyalardanəldə ediləcək 5 milyard kVt·saat elektrik enerjisi hesabına 1milyard kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadəkemissiya azalması təmin ediləcək.
Qlobal kontekst və Azərbaycanın çevikyanaşması
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatınagörə, 2024-cü ildə dünyada 582 QVt yeni bərpa olunan enerji gücüquraşdırılıb. Lakin bu göstərici 2030-cu ilə qədər “yaşıl keçid”hədəflərinə çatmaq üçün tələb olunan illik artım tempindən geriqalır. Enerji kəsintiləri, şəbəkə yüklənməsi və saxlamaimkanlarının məhdudluğu bir çox ölkələrdə ciddi çətinlikyaradır.
Bu baxımdan Azərbaycan bərpa olunan enerjinin inkişafını şəbəkəvə saxlama infrastrukturunun gücləndirilməsi ilə paralel şəkildəhəyata keçirir. 2 QVt-lıq enerji gücünün idarə olunması üçün 250MVt gücündə və 500 MVt/saat tutuma malik batareya sistemləriqurulur. Həmçinin Dünya Bankının dəstəyi ilə AZURE layihəsiçərçivəsində 1 QVt gücündə yeni günəş və külək stansiyalarınışəbəkəyə bağlayacaq 500/300 kV-luq “Nəvahi” yarımstansiyası vəelektrik xətləri inşa olunur.
Energetika naziri Pərviz Şahbazov vurğulayıb:
“Planlarımız 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmışgücdə payını 38 faizə yüksəltməkdir. Bu məqsədlə tərəfdaşlarımızlaimzalanmış müqavilələr çərçivəsində quruda və dənizdə əlavə 700 MVtgücün yaradılmasına da enerji sisteminin inteqrasiya imkanları vədayanıqlılığının təmin olunması baxımından yanaşırıq”.
Naxçıvan – yeni “YaşılEnerji Zonasına” çevrilir
Bərpa olunan enerjinin inkişafında Naxçıvan Muxtar Respublikasıda mühüm yer tutur. “Yaşıl Enerji Zonası” Konsepsiyası çərçivəsində2026–2030-cu illər üçün 12 prioritet istiqamət müəyyənləşdirilib.Naxçıvanda hazırda bərpa olunan enerjinin payı quraşdırılmış gücdə44 faiz, istehsalda isə 48 faizdir. Yaxın illərdə 50 MVt-lıq günəşstansiyası, eləcə də Tivi və Ordubad su elektrik stansiyalarınınistifadəyə verilməsi ilə bu göstəricilərin daha da artacağıgözlənilir.
Eyni zamanda, Naxçıvandan Türkiyəyə elektrik ixracı və şəbəkəbağlantısının qurulması istiqamətində birgə tədqiqatlar aparılır.Layihə çərçivəsində “Cəbrayıl–Naxçıvan” (330 kV) və“Naxçıvan–Türkiyə” (400 kV) enerji xətlərinin, eləcə də çeviriciyarımstansiyanın inşası planlaşdırılır. Bu infrastruktur Zəngəzurdəhlizi vasitəsilə regionda “yaşıl enerji” nəqlinin yenimərhələsini açacaq.
Xəzər dənizi küləyi və beynəlxalq enerjidəhlizləri
Azərbaycan “yaşıl enerji”nin regional ötürülməsi üzrə bir neçəbeynəlxalq layihəni icra edir. “Caspian Breeze” Konsorsiumu (ACWAPower, Masdar və SOCAR Green) və Çin şirkətləri ilə əməkdaşlıqçərçivəsində Xəzər dənizinin külək potensialı reallaşdırılır.Planlaşdırılan 6 QVt-lıq layihənin 4 QVt hissəsi 2032-ci ildənetibarən “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsiləixrac olunacaq. Layihə artıq Avropa Elektrik Ötürücü SistemOperatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına daxiledilməsi üçün təqdim edilib.
Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındaimzalanan “Transxəzər Enerji Dəhlizi” sazişi sözügedən ölkələrinelektrik sistemlərinin tarixdə ilk dəfə birləşməsinə imkanyaradacaq. Layihənin qərargahı Bakıda yerləşən “Yaşıl DəhlizAlyansı” adlı Birgə Müəssisə tərəfindən idarə olunur və Asiyaİnkişaf Bankı ilə Asiya İnfrastruktur və İnvestisiya Bankınınmaliyyə dəstəyi ilə texniki-iqtisadi əsaslandırma işləriaparılır.

Hidrogen, geotermal enerji vəsəmərəlilik
Azərbaycan həm də hidrogen enerjisi sahəsində milli stratejibaxış sənədini hazırlayır. Bu sənəd “yaşıl hidrogen” istehsalı,istehlakı və ixracını əhatə edəcək və ölkənin qlobal enerjitrendinə inteqrasiyasını sürətləndirəcək.
Bundan əlavə, ölkənin geotermal enerji potensialı 571,2 MVt,elektrik enerjisi potensialı isə 57,1 MVt səviyyəsindəqiymətləndirilir. Bu xüsusda Bibiheybət, Kürdəmirdə və Masallıdageotermal pilot layihələrin həyata keçirilməsi planlaşdırılır.
Enerji keçidinin digər əsas istiqaməti isə enerjisəmərəliliyidir. Bu sahədə “Enerji Effektivliyi İnformasiyaSistemi” (EEİS) və “Enerji Effektivliyi Fondu” yaradılıb. Müvafiqqanunvericiliyə əsasən, yaxın illərdə enerji səmərəliliyi üzrəgüzəştli kreditlər, qrantlar və subsidiyalar təqdim ediləcək.
Bir sözlə qeyd edə bilərik ki, Azərbaycanın “yaşıl enerji”strategiyası artıq təkcə daxili ehtiyacların ödənilməsinə deyil,həm də Mərkəzi Asiyadan Avropaya qədər uzanan enerji dəhlizlərininformalaşmasına xidmət edir. Bu, ölkəni regionun əsas enerjimərkəzinə çevirəcək və qlobal miqyasda “yaşıl keçid” prosesinə realtöhfə verəcək.