AZ

Entso Mareska: “Qarabağ”la oyun çətin keçəcək” - ARENA.AZ

“Çelsi”nin baş məşqçisi Entso Mareska UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun “Qarabağ”la oyunundan gözləntisini bölüşüb.

Arena.az xəbər verir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasındakı görüş sabah Bakıda baş tutacaq.

Entso Mareska oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”la oyun bizim üçün vacibdir. Çünki ardıcıl üçüncü qələbəmizi qazana bilərik. Şübhəsiz ki, heyətdə bəzi rotasiyalar etməliyik. Cümə günü Londona qayıdırıq və sonra şənbə günü oyunumuz var. Uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq. “Qarabağ” yaxşı komandadır. Onlar “Benfika” və “Kopenhagen”ə qalib gəliblər. “Atletik”lə matçda da hesabda irəli idilər, lakin sonradan məğlub oldular. “Qarabağ” uzun illərdir ki, eyni baş məşqçi ilə çalışır. Komanda olaraq evdə çox sıx oynayırlar. Şübhəsiz ki, çətin oyun olacaq”.

Mareska əsas futbolçularından olan Koul Palmerin zədəsindən danışıb:

“Palmer bizim üçün hər zaman lazımdır. Təəssüf ki, sabah “Qarabağ”a qarşı matçda onu görə bilməyəcəyik. Tez bir zamanda zədəsini sağaltmasını və aramıza dönməsini gözləyirik”.

Entso Mareska Qurban Qurbanovun 17 il ərzində Ağdam klubunu çalışdırmasının inanılmaz olduğunu söyləyib:

“Bu, inanılmazdır. Hər vaxt rastlaşmadığım bir məqamdır. 17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir”.

Baş məşqçi oyun üçün Bakıya gec yollanmalarının səbəbini belə izah edib:

“Tottenhem”lə Premyer Liqa matçından sonra bərpa üçün Londonda qalmalı idik. Bu, vəziyyəti taraz saxlayır. Yorğunluğu çıxarmağa çalışırıq. Oyuna rahat çıxmaq istəyirik”.

Xatırladaq ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
5
27
arena.az

10Mənbələr