AZ

Manuel Akanji: “İnter”də məndən razıdırlar, amma…”

“İnter”də çıxış edən isveçrəli müdafiəçi Manuel Akanji, “neradzurri”nin düşərgəsində qalmaq fikrində olub-olmadığı ilə bağlı sualı cavablayıb.

Arena.az xəbər verir ki, İtaliya klubuna cari mövsümün sonuna qədər müddətə “Mançester Siti”dən icarə əsasında keçmiş futbolçu bunları söyləyib:

“Görək, mövsümün sonunda nə olacaq. Hazırda çalışır və güc-qüvvəmi meydanda ortaya tamamilə qoyuram. Son qərarı klub qəbul etməlidir. Düşünüəm, “İnter”də məndən razıdırlar, amma hələ heç nə həllini tapmayıb”, deyə Akanji vurğulayıb.

Xatırladaq ki, Akanjinin bir mövsümlük icarəsi üçün “Mançester Siti”yə 1 milyon avro ödəmiş “İnter”, gələn yay onun transfer hüquqlarını almaq imkanına da malikdir.

Manuel Akanji “Vintertur”un yetirməsidir. İsveçrədə “Bazel”in də formasını geyinmiş futbolçu 2018-ci ildə 21,5 milyon avro müqabilində Dortmund “Borussiya”sına keçib. “Mançester Siti” isə onu 2022-ci ilin yayında 20 milyon avro qarşılığında heyətinə qatıb. Təcrübəli futbolçu “şəhərlilər”in heyətində 136 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

“İnter”də isə Akanji cəmi 11 oyun keçirib.

Mərkəz müdafiəçisi 2017-ci ildə debüt etdiyi İsveçrə yığmasında 75 matça çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 30 yaşlı müdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
2
2
arena.az

10Mənbələr