"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçına çıxacaq.
Moderator.az xəbər verir ki, Naxçıvan klubu Niderland çempionu "Tigers Roermond" kollektivi ilə üz-üzə gələcək.
Görüş Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Bu qarşılaşma qrup liderini müəyyənləşdirəcək.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. Komanda daha sonra Lüksemburq çempionu "Differdanje 03" ilə heç-heçə edib - 2:2.