"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq. Naxçıvan təmsilçisi Lüksemburq çempionu "Differdanje 03" ilə üz-üzə gələcək. Görüş Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
 Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. "Araz-Naxçıvan" əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın "Tigers Roermond" komandasına qarşı keçirəcək.
Mətləb
 
                        