AZ

"Araz-Naxçıvan" qrup mərhələsində sonuncu matçına çıxacaq

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində bu gün sonuncu matçına çıxacaq.

"Cebheinfo.az" xəbər verir ki, Naxçıvan klubu Niderland çempionu "Tigers Roermond" kollektivi ilə üz-üzə gələcək.

Görüş Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Bu qarşılaşma qrup liderini müəyyənləşdirəcək.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. Komanda daha sonra Lüksemburq çempionu "Differdanje 03" komandası isə heç-heçə edib - 2:2.

"Cebheinfo.az" 

Seçilən
6
6
cebheinfo.az

10Mənbələr