Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən mətbuata verilən məlumatda bildirilib ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 30-da saat 12:00-dan etibarən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məktəbin yanı – "dörd yol" ərazisində 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
Mətləb