Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq. .
Poliqon xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb
Bildirilib ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 30-da saat 12:00-dan etibarən Sumqayıt şəhəri, Corat qəsəbəsində 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
Poliqon.info