AZ

Sumqayıtda 500 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.

Bu barədə "Report"un yerli bürosuna "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 30-da saat 12:00-dan etibarən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məktəbin yanı – "dörd yol" ərazisində 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Seçilən
14
21
qaziler.az

10Mənbələr