Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Zaqatala rayon sakini İskəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 36 yaşlı Rasim Abbasov saxlanılıb.
Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
"Digər şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir", məlumatda deyilir.