APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan 41 yaşlı Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev axşam saatlarında dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, İ. Musayev oktyabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd inzibati ərazisində tanışları Zaqatala rayon sakinləri Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov tərəfindən aralarında baş verən münaqişə zəminində ölümcül döyülmüşdü.
Hadisəni törətməkdə şübhəli sayılan Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov hadisəni törətdikdən sonra qaçıb gizləniblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
10Mənbələr
-
yenisabah.azZaqatalada bir həftə əvvəl ölümcül döyülən kişi xəstəxanada öldü ( 22839307)
-
oxu.azÖlümcül döyüldüyü üçün atasının ürəyi partlayıb ölmüşdü: Özü də xəstəxanada vəfat etdi ( 22838665)
-
demokrat.azZaqatalada bir həftə əvvəl ölümcül döyülən kişi xəstəxanada ölüb ( 22838353)
-
nocomment.azZaqatalada ölümcül döyülən kişi xəstəxanada öldü ( 22837924)
-
konkret.azZaqatalada tanışları tərəfindən döyülən kişi vəfat etdi KONKRET ( 22837789)
-
konkret.azZaqatalada tanışları tərəfindən döyülən kişi vəfat etdi ( 22837774)
-
news365.azZaqatalada bir həftə əvvəl ölümcül döyülən kişi xəstəxanada ölüb ( 22837432)
-
moderator.azÖlümcül döyülən kişi xəstəxanada ölüb ( 22836991)
-
aznews.azZaqatalada bir həftə əvvəl ölümcül döyülən kişi xəstəxanada ölüb ( 22836973)
-
azpost.infoZaqatalada ölümcül döyülən kişi xəstəxanada vəfat edib ( 22836937)