AZ

Ölümcül döyüldüyü üçün atasının ürəyi partlayıb ölmüşdü: Özü də xəstəxanada vəfat etdi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən ölümcül döyülən 41 yaşlı kişi xəstəxanada ölüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan 41 yaşlı Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev axşam saatlarında dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, İ.Musayev oktyabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd inzibati ərazisində tanışları Zaqatala rayon sakinləri Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov tərəfindən aralarında baş verən münaqişə zəminində ölümcül döyülmüşdü.

İ.Musayevin döyülərək komaya düşməsinə dözməyən atası Yusif Musayev isə bir neçə gün öncə gecə ürək çatışmazlığından vəfat etmişdi.

Hadisəni törətməkdə şübhəli sayılan Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov hadisəni törətdikdən sonra qaçıb gizləniblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başladılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
11
oxu.az

10Mənbələr