Demokrat.az xəbər verir ki, AFAD-ın məlumatına əsasən, yeraltı təkanlar 5,99 kilometr dərinlikdə qeydə alınıb və İstanbul, İzmir, Bursa, Kocaeli, Sakarya və digər ətraf bölgələrdə də hiss olunub.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, ilkin məlumata görə, zəlzələ nəticəsində itki olmayıb. İstifadə edilməyən 3 bina və 1 dükan dağılıb, 3 nəfər isə qorxu və panika səbəbindən yüngül xəsarət alıb. Nazir vətəndaşlara təhlükəli binalara yaxınlaşmamağı və rəsmi xəbərdarlıqları izləməyi tövsiyə edib.
Balıkesir valisi İsmail Ustaoğlu və AFAD qrupları hadisə yerində araşdırmalara başlayıblar. Zəlzələdən sonra Türkiyə Fəlakətə Müdaxilə Planı (TAMP) işə salınıb və bütün aidiyyəti qurumlar səfərbər olunub.
Balıkesir üzrə 28 oktyabr tarixində bütün məktəblərdə dərslər dayandırılıb, hamilə və əlil dövlət qulluqçuları inzibati məzuniyyətə buraxılıb.
Rəsmi məlumatlara görə, zəlzələdən sonra bir saat ərzində bölgədə 26 afterşok qeydə alınıb, onların ən güclüsü 4,2 bal olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında sahə araşdırmalarının davam etdiyini, prosesi yaxından izlədiyini bildirib.
10Mənbələr
-
cebheinfo.azTürkiyədə güclü zəlzələ oldu ( 22843525)
-
Ajans.azTürkiyədə zəlzələ: 3 bina dağıldı, yaralılar var - Dərslər DAYANDIRILDI ( 22842055)
-
day.azTürkiyədə 6,1 bal gücündə zəlzələ - 4 bina çökdü - VİDEO ( 22841728)
-
demokrat.azTürkiyədə zəlzələ: 3 bina dağıldı, yaralılar var — Dərslər DAYANDIRILDI ( 22840660)
-
modern.azTürkiyədə zəlzələ: 3 bina dağıldı, yaralılar var Dərslər DAYANDIRILDI ( 22840357)
-
modern.azTürkiyədə zəlzələ: 3 bina dağıldı, yaralılar var - Dərslər DAYANDIRILDI ( 22840342)
-
publika.azTürkiyədə güclü zəlzələdən sonra 100-dən çox afterşok qeydə alındı ( 22840399)
-
senzor.azTürkiyədə 6,1 bal gücündə zəlzələ: BƏZİ TİKİLİLƏR DAĞILIB ( 22840162)
-
ikisahil.azTürkiyədə güclü zəlzələ oldu ( 22840126)
-
reyting.azTürkiyədə 6,1 maqnitudalı zəlzələ olub ( 22840120)