AZ

Türkiyədə güclü zəlzələdən sonra 100-dən çox afterşok qeydə alındı

Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 102 afterşok qeydə alınıb.

Publika.az xəbər verir ki, bu rəqəm Türkiyənin Boğaziçi Universitetinin Kandilli Rəsədxanası məlumat yayıb.

28 oktyabr saat 3:38-ə olan məlumata əsasən, 102 təkandan ən güclüsü 4,3 maqnitudada olub. Zəlzələlərin dərinliyinin 5,1 ilə 23,88 kilometr arasında dəyişdiyi müəyyən edilib.

Afterşokların davam edəcəyi barədə xalqa xəbərdarlıq edilib.

Seçilən
19
32
publika.az

10Mənbələr