AZ

"Azərbaycan Rusiya mallarının Ermənistana tranzitinə icazə verib" - Overçuk

Azərbaycan Rusiya mallarının Ermənistana tranzitini asanlaşdırmağa hazır olduğunu təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Kuala-Lumpura səfər edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"İki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının Ermənistana tranziti üçün öz dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib. Bu sahədə əhəmiyyətli irəliləyişlər olub. Rusiya Dəmir Yolları hazırda təşkilati məsələlərin həlli üçün regional tərəfdaşlarla işləyir. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinə yeni logistika marşrutu hazırlamaq üçün təlimatlar verilib", - deyə Overçuk qeyd edib.

Seçilən
37
50
unikal.az

10Mənbələr