AZ

Rusiya strateji nüvə qüvvələrinin təlimini keçirdi - VİDEO

Rusiya Silahlı Qüvvələri Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında öz strateji nüvə qüvvələrinin quru, dəniz və hava komponentlərindən istifadə etməyi təcrübədən keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Təlimdə tabeli qoşunların (qüvvələrin) idarə olunmasının təşkili üzrə hərbi komandanlıq və idarəetmə orqanlarının hazırlığı və əməliyyat vərdişləri yoxlanılıb. Təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olunub", - məlumatda deyilir.

Sınaqlar zamanı Rusiya Silahlı Qüvvələri Plesetsk kosmodromundan Kamçatkadakı Kura poliqonuna doğru “Yars” qitələrarası ballistik raketini, həmçinin Barents dənizindəki “Bryansk” nüvə sualtı qayığından “Sineva” ballistik raketini buraxıb.

Seçilən
97
50
unikal.az

10Mənbələr