"Rusiya Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışacaq".
"Unikal" xəbər verir ki, belə bir bəyanatla Moldova prezidenti Maya Sandu çıxış edib.
"Rusiya strategiyasını tənzimləyir. Onlar bu nəticələri gözləmirdilər və indi planlarını yenidən nəzərdən keçirməyə çalışırlar. Onlar seçkilərin keçiriləcəyi digər ölkələrə diqqət yetirəcəklər. Məsələn, gələn il Ermənistanda seçkilər keçiriləcək və onlar hakimiyyəti ələ keçirməyə çalışacaqlar. Rumıniyada, Fransada və ya Almaniyada Rusiya təbliğat və dezinformasiya vasitəsilə fəaliyyət göstərir və vətəndaşlar üçün bunu ayırd etmək daha çətindir", - deyə Moldova prezidenti Sandu bildirib.