AZ

"Ya pul verməlisən, ya da obyekti bağlamalısan" — AQTA və qəssablar arasında qalmaqal - VİDEO

Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdirilir. 

Növbəti belə bir tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yasamal rayonunda həyata keçirilib.

"Cebheinfo.az" Baku TV-yə istinadən xəbər verir ki, proses AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala səbəb olub.

Onlardan biri qurum əməkdaşlarına “cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” ,- deyərək etiraz edib.

“Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan. 30 manat, 20 manat pul istəyirlər. Heç özlərinin verdikləri sualdan xəbərləri yoxdur”, – deyə qəssab əlavə edib.

AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib:

“Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”.

Daha ətraflı videoda:

"Cebheinfo.az" 

Seçilən
43
19
cebheinfo.az

10Mənbələr