AZ

“Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” AQTA və qəssablar arasında qalmaqal

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Növbəti belə bir tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yasamal rayonunda həyata keçirilib.

Milli.Az Baku TV-yə istinadən xəbər verir ki, proses AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala səbəb olub.

Onlardan biri qurum əməkdaşlarına "cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!" ,- deyərək etiraz edib.

"Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan. 30 manat, 20 manat pul istəyirlər. Heç özlərinin verdikləri sualdan xəbərləri yoxdur", - deyə qəssab əlavə edib.

AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib:

"Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
19
news.milli.az

10Mənbələr