AZ

AQTA əməkdaşları qəssablardan rüşvət alıb? Açıqlama + Video

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yasamal rayonundakı qəssabxanalarda monitorinq keçirib.

Yeniavaz.com Baku TV-yə istinadən xəbər verir ki, bu zaman AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala yaşanıb.

Onlardan biri qurum əməkdaşlarına “cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” ,- deyərək etiraz edib.

“Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan. 30 manat, 20 manat pul istəyirlər. Heç özlərinin verdikləri sualdan xəbərləri yoxdur”, – deyə qəssab əlavə edib.

AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib:

“Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”.

Daha ətraflı:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
19
yeniavaz.com

10Mənbələr