AZ

Ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 14015:2025 “Ətraf mühitin idarə edilməsi - Ətraf mühitin kompleks şəkildə araşdırılmasının qiymətləndirilməsi üzrə təlimatlar” yeni dövlət standartı qəbul edilib.

Dövlət Agentliyinin məlumatına görə, standart ətraf mühitin müxtəlif aspektlərini müəyyən edir, zərurət yarandıqda onların biznes nəticələrinə təsirini qiymətləndirmək məqsədilə kompleks şəkildə araşdırmalar üçün sistematik qaydalara dair təlimat təqdim edir.

Yeni dövlət standartının tətbiqi ekoloji proseslərin kompleks şəkildə öyrənilməsi, regional iqlim dəyişmələri və digər qlobal ətraf mühit problemlərinin ölkə əhalisinə və iqtisadiyyatına təsirinin təhlilinə dəstək göstərəcək.

Qeyd edək ki, yeni dövlət standartı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq standartın autentik tərcüməsi əsasında hazırlanıb, “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 09) konsensus əsasında qəbul edilib və AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
21
10
vergiler.az

10Mənbələr