AZ

Azərbaycanda ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib

Bakı. Trend:

Yeni dövlət standartının tətbiqi ekoloji proseslərin kompleksşəkildə öyrənilməsi, regional iqlim dəyişmələri və digər qlobalətraf mühit problemlərinin ölkə əhalisinə və iqtisadiyyatınatəsirinin təhlilinə dəstək göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO14015:2025 “Ətraf mühitin idarə edilməsi - Ətraf mühitin kompleksşəkildə araşdırılmasının qiymətləndirilməsi üzrə təlimatlar”(“Environmental management - Guidelines for environmental duediligence assessment”) yeni dövlət standartı qəbul edilib.

Trend bubarədə AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, yeni dövlət standartının tətbiqi ekolojiproseslərin kompleks şəkildə öyrənilməsi, regional iqlimdəyişmələri və digər qlobal ətraf mühit problemlərinin ölkəəhalisinə və iqtisadiyyatına təsirinin təhlilinə dəstəkgöstərəcək.

"Bu dövlət standartı ətraf mühitin müxtəlif aspektlərini müəyyənedir, zərurət yarandıqda onların biznes nəticələrinə təsiriniqiymətləndirmək məqsədilə kompleks şəkildə araşdırmalar üçünsistematik qaydalara dair təlimat təqdim edir", - deyə məlumatdabildirilib.

Qeyd edək ki, yeni dövlət standartı Ekologiya və Təbii SərvətlərNazirliyi tərəfindən müvafiq beynəlxalq standartın autentiktərcüməsi əsasında hazırlanıb, “Ekologiya” standartlaşdırma üzrəTexniki Komitədə (AZSTAND/TK 09) konsensus əsasında qəbul edilib vəAZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativsənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
81
10
az.trend.az

10Mənbələr