BAKI, 24 oktyabr. TELEQRAF
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 14015:2025 “Ətraf mühitin idarə edilməsi - Ətraf mühitin kompleks şəkildə araşdırılmasının qiymətləndirilməsi üzrə təlimatlar” (“Environmental management - Guidelines for environmental due diligence assessment”) yeni dövlət standartı qəbul edilib.
Teleqraf xəbər verir ki, bu dövlət standartı ətraf mühitin müxtəlif aspektlərini müəyyən edir, zərurət yarandıqda onların biznes nəticələrinə təsirini qiymətləndirmək məqsədilə kompleks şəkildə araşdırmalar üçün sistematik qaydalara dair təlimat təqdim edir.
Qeyd edək ki, yeni dövlət standartı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq standartın autentik tərcüməsi əsasında hazırlanıb, “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 09) konsensus əsasında qəbul edilib və AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.