AZ

Oyunumuz məni tam qane etmədi Kurban Berdıyev

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasınn 9-cu turunda "Karvan-Yevlax"a qalib gəldikləri matç (2:1) haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis hesabda əvvəlcə məğlub duruma düşsələr də, sonda geridönüş edə bildikləri üçün futbolçularına təşəkkürünü çatdırıb: 

"Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər".

K.Berdıyev komandasının oyununun onu tam qane etmədiyini söyləyib: "Oyunumuz tam olaraq qane etmədi. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi".

O, "Rəhim Sadıxovun start heyətində meydana çıxması nə dərəcədə doğrudur" sualını belə cavablandırıb: "Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
qol.az

9Mənbələr