AZ

Kurban Berdıyev: "Səhvlərimiz üzərində işləyəcəyik"

"Turan Tovuz" Misli Premyer Liqasının IX turunda səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər".

- Komandanın oyunu sizi qane etdi?

- Tam olaraq yox. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.

- Rəhim Sadıxovun start heyətində meydana çıxması nə dərəcədə doğrudur?

- Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu.

“Kəpəz” “İmişli” ilə üz-üzə - YENİLƏNİR

Mikel Alvaro: “Qarabağ” komanda olaraq böyük uğura imza atıb”

De Bleker hakimin tərəfini tutdu, “düzgün qərardır” dedi - VİDEO

Danışılmış oyunlarla bağlı seminar keçirilib - FOTO

Azərbaycan I Liqasında VI tura yekun vurulub

Seçilən
51
5
apasport.az

9Mənbələr