“Turan Tovuz” Misli Premyer Liqasının 9-cu turunda səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib.
İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Çox çətin oyun oldu. Bilirdik ki, “Karvan-Yevlax” əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər. Oyun tam olaraq məni qane etmədi. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi”.