AZ

Bu hakimlərə yeni vəzifə verilir – SİYAHI

Milli Məclisin oktyabrın 24-də keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

KONKRET.az xəbər verir ki, layihəyə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.

Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

Bundan başqa, Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızının Bakı Apellyasiya Məhkəməsinə, Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun Gəncə Apelyasiya Məhkəməsinə, Ramin Xəlilov Adilxan oğlunun isə Sumqayıt Apelyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub. Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Eyni zamanda, parlament Fərman Abbasovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsələsinə də baxıb. Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Azərbaycanda məhkəmələri hakimlərini Prezidentin təqdimatına əsasında Milli Məclisin qərarı ilə vəzifəyə təyin və vəzifədən azad olunur.

Seçilən
21
17
konkret.az

10Mənbələr