Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub. SİA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin oktyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.
Həmçinin Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin olunub. Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızının Bakı Apellyasiya Məhkəməsinə, Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun Gəncə Apelyasiya məhkəməsinə, Ramin Xəlilov Adilxan oğlunun isə Sumqayıt Apelyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.
Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq qəbul edilib.
Eyni zamanda, iclasda Fərman Abbasov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi ilə bağlı qanun layihəsi də təsdiqlənib.