AZ

Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin edilib  

Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə məsələ Milli Məclisin oktyabrın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Xəyalə Adil qızı Cəmilova və Zaur Nazim oğlu Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunması təklif edilib.

Həmçinin Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin olunub. Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Qasımov Vidadi Kamal oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızının Bakı Apellyasiya Məhkəməsinə, Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Turan Nurulla oğlunun Gəncə Apellyasiya məhkəməsinə, Ramin Xəlilov Adilxan oğlunun isə Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.

Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq qəbul edilib.

Eyni zamanda, iclasda Fərman Abbasov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi ilə bağlı qanun layihəsi də təsdiqlənib.

Seçilən
12
17
azerbaijan-news.az

10Mənbələr