Mingəçevirdə 35 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə məcburi köçkünlərin kompakt yaşadığı Heydər Əliyev prospektində yerləşən şəhərcikdə baş verib.
Əslən Ağdamdan olan 1990-cı il təvəllüdlü Abbasov Elvin Sərdar oğlunun hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil. Müxtəlif dərəcəli xəsarət alan E.Abbasov xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
"Cebheinfo.az"