AZ

Mingəçevirdə 35 yaşlı kişi bıçaqlandı

Mingəçevirdə 35 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə məcburi köçkünlərin kompakt yaşadığı Heydər Əliyev prospektində yerləşən şəhərcikdə baş verib.

Əslən Ağdamdan olan 1990-cı il təvəllüdlü Abbasov Elvin Sərdar oğlu hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil . Müxtəlif dərəcəli xəsarət alan E.Abbasov xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan NOCOMMENT.az-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

 

 

Seçilən
30
1
nocomment.az

10Mənbələr