AZ

Ağdam sakini Mingəçevirdə bıçaqlandı

 Ajans.az xəbər verir ki, hadisə məcburi köçkünlərin kompakt yaşadığı Heydər Əliyev prospektində yerləşən şəhərcikdə baş verib.  Əslən Ağdamdan olan 1990-cı il təvəllüdlü Abbasov Elvin Sərdar oğlunun hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil. Müxtəlif dərəcəli xəsarət alan E.Abbasov xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır. 

Seçilən
27
7
Ajans.az

10Mənbələr