AZ

Taleh Qaraşov vətəndaşların problemlərini dinlədi - FOTOLAR

Oktyabrın 22-də qrafikə uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar-görüş qəbulunu Vilvan kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

İcra başçısı bildirib ki, insanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması, dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi və birbaşa dialoqun inkişaf etdirilməsi baxımından yerlərdə keçirilən səyyar görüş-qəbullar xüsusi önəmə malikdir. Onun sözlərinə görə,  səyyar görüş-qəbulların keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat və şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir.

Taleh Qaraşov qeyd edib ki, yerlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşılır, səsləndirilən hər bir məsələnin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq formada və müddətdə cavablar verilir.

Vilvan kəndinin sakinləri vətəndaşla məmur arasındakı birbaşa dialoq mühitinin inkişafındanvə qaldırılan məsələlərin həlli istiqamətində operativ və nəticəyə yönəlik addımların atılmasından məmnun olduqlarını vurğulayıblar.

Yerli sakinlər Lənkəran rayonunda son illər görülən işlərin, həyata keçirilən sosial layihələrin digər rayonlar üçün nümunə təşkil etdiyini qeyd ediblər və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər. 
 

Seçilən
27
50
unikal.az

10Mənbələr