AZ

Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri aparılır (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilənməlumata görə son günlərdə paytaxtın bəzi ərazilərində əsasetibarilə tut ağaclarını qurd basması halları müşahidə olunur.

Trendxəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumatyayıb.

Bildirilib ki, ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayışbinalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinlərinarahat edir. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindənqurdların müşahidə edildiyi ərazilərə baxış keşirilib və müəyyənedilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.

Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə,alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən,göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşerondaaparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyənolunub. Onu qeyd edək ki, sözügedən həşaratların insan sağlamlığıüçün heç bir zərəri yoxdur.

Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün BakıŞəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləritərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerikaağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərəalınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadanbütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləritətbiq edilir.

Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma TəsərrüfatıBirliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlikmonitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyiərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyatakeçirilir.

Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Seçilən
74
14
az.trend.az

10Mənbələr