20.10.2025-ci il tarixində saat 13:20 radələrində 1982-ci il təvəllüdlü şəxs (qadın) zəhərlənmə şübhəsilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən axar.az-a bildirilib.
“Dərman mənşəli intoksikasiya diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxsin ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”, – məlumatda qeyd olunub.
***
Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova intihara cəhd edib.
NOCOMMENT.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Günay Fərəcova çoxlu sayda həb qəbul edib.
Dərhal Klinik Tibbi Mərkəzə çatdırılan G. Fərəcovanın vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Aqil Ələsgər ailəsinin şantaja məruz qalması barədə sosial mediada açıqlama yaymışdı.
O, açıqlamasında heç kimin adını çəkməsə də hüquq-mühafizə orqanlarına müraciət etdiyini, təhdidlərdən təngə gəldiyini və intihar edəcəyini demişdi.
Aqil Ələsgər Günay Fərəcovanın intihara cəhd etdiyini lent.az-a təsdiqləyib.
Qeyd edək ki, Klinik Tibbi Mərkəzdən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.