AZ

Jurnalistin həyat yoldaşı ilə bağlı şok hadisə: İntihara cəhd edib

Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova intihara cəhd edib.

Günay Fərəcova çoxlu sayda həb qəbul edib.

Dərhal Klinik Tibbi Mərkəzə çatdırılan G. Fərəcovanın vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Aqil Ələsgər ailəsinin şantaja məruz qalması barədə sosial mediada açıqlama yaymışdı.
O, açıqlamasında heç kimin adını çəkməsə də hüquq-mühafizə orqanlarına müraciət etdiyini, təhdidlərdən təngə gəldiyini və intihar edəcəyini demişdi.

Aqil Ələsgər Günay Fərəcovanın intihara cəhd etdiyini lent.az-a təsdiqləyib.

Qeyd edək ki, Klinik Tibbi Mərkəzdən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

Seçilən
51
10
news365.az

10Mənbələr