Jurnalist Aqil Ələsgərin keçmiş həyat yoldaşı Günay Fərəcova intihara cəhd edib.
News24.az xəbər verir ki, Günay Fərəcova çox sayda həb qəbul edib.
Dərhal Klinik Tibbi Mərkəzə çatdırılan G. Fərəcovanın vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Aqil Ələsgər ailəsinin şantaja məruz qalması barədə sosial mediada açıqlama yaymışdı.
O, açıqlamasında heç kimin adını çəkməsə də, hüquq-mühafizə orqanlarına müraciət etdiyini, təhdidlərdən təngə gəldiyini və intihar edəcəyini demişdi.
Aqil Ələsgər Günay Fərəcovanın intihara cəhd etdiyini təsdiqləyib.
Qeyd edək ki, Klinik Tibbi Mərkəzdən hadisəyə münasibət öyrənmək mümkün olmayıb. (lent.az)
***
1982-ci il təvəllüdlü şəxs (qadın) 20.10.2025-ci il tarixində saat 13:20 radələrində zəhərlənmə şübhəsilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, dərman mənşəli intoksikasiya diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxsin ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
Aqil Qarayev