“Futbolçularla hər zaman deyirəm ki, daha uğurlu nəticələr əldə etmək və böyümək üçün istənilən komandaya qarşı inamlı, cəsarətli oynamalıyıq. Emosiyalarımı bəlkə də, sözlə ifadə edə bilmərəm. Çünki “Benfika” kimi komanda önündə iki top buraxdıqdan sonra üç qol vurmaq böyük nailiyyətdir. Çünki “Benfika” istənilən an üç və ya dördüncü qolu vura bilərdi. Belə qələbələrə görə futbolçular həddən artıq sevinirlər. Oyundan əvvəl bəlkə də nadir insan olardı ki, nəinki qələbəmiz, hətta bərabərliyimiz barədə düşünərdi. Avropanın bütün ölkələrində qalibiyyətimiz barədə danışıldı. Bu, komandamıza əlavə inam yaratdı. Bu cür turnirdə iştirak etmək haqqımızda daha çox maraqlanmalarına səbəb olur. Yenidən Çempionlar Liqasında çıxış etməyimiz Qarabağ adının tarixini ciddi surətdə bəyan etdi” – təcrübəli mütəxəssis əlavə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta