AZ

“Bütün dünya bizimlə maraqlanmağa başladı” - Qurban Qurbanov

BAKI, 17 oktyabr. TELEQRAF
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Euronews”a müsahibə verib.

Teleqraf xəbər verir ki, o, müsahibəsində Ağdam klubunun Çempionlar Liqasındakı uğurlu çıxışından bəhs edib:

“Çempionlar Liqasında zəif komanda yoxdur. Belə komandalara qalib gəlmək və ön sıralarda olmaq məni sevindirməyə bilməz. Demək olar ki, bütün dünya bizimlə maraqlanmağa başladı. Futbol elə səviyyəyə çatıb ki, bunu əldə etmək heç də asan deyil”.

“Futbolçularla hər zaman deyirəm ki, daha uğurlu nəticələr əldə etmək və böyümək üçün istənilən komandaya qarşı inamlı, cəsarətli oynamalıyıq. Emosiyalarımı bəlkə də, sözlə ifadə edə bilmərəm. Çünki “Benfika” kimi komanda önündə iki top buraxdıqdan sonra üç qol vurmaq böyük nailiyyətdir. Çünki “Benfika” istənilən an üç və ya dördüncü qolu vura bilərdi. Belə qələbələrə görə futbolçular həddən artıq sevinirlər. Oyundan əvvəl bəlkə də nadir insan olardı ki,nəinki qələbəmiz, hətta bərabərliyimiz barədə düşünərdi. Avropanın bütün ölkələrində qalibiyyətimiz barədə danışıldı. Bu, komandamıza əlavə inam yaratdı. Bu cür turnirdə iştirak etmək haqqımızda daha çox maraqlanmalarına səbəb olur. Yenidən Çempionlar Liqasında çıxış etməyimiz Qarabağ adının tarixini ciddi surətdə bəyan etdi” – təcrübəli mütəxəssis əlavə edib.

Seçilən
26
12
teleqraf.com

10Mənbələr